Vladimir Zelenski – BMT Baş Assambleyasında qətnaməni dəstəkləyən 143 ölkəyə təşəkkürlər
BMT Baş Assambleyasında bizim arazilərimizin anaksiyasının cinayəıtkar cədhlərini pisləyən qətnaməni dəstəkləyən 143 ölkəyə təşəkkürlər, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski ənənəvi videomüraciəti zamanı bəyan etdi.
Onun sözlərinə görə, dünya Rusiyanın işğal etdiyi ərazilərdə təşkil etdiyi yalanı görür.
“Bu, Ukraynanı dəstəkləyən ölkələrin rekord sayıdır. Lakin inanıram ki, daha artıq olacaq. Dörd dövlət – Şimali Koreya, Nikaraqua, Belarus və Suriya Rusiyanın tərəfində durdu. Bu elə siyahıdır ki, hər şey aydındır. 143 dövlətə təşəkkürlər!”, – Zelenski bəyan edir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının fövqəladə sessiyasında, Rusiyanın Ukraynanı aneksiyasını pisləyən qətnamə 5 əleyhinə 143 əleyhinə səsə qoyuldu. Qətnamənin əleyhinə Rusiya, Belarus, Şimali Koreya, Suriya və Nikaraqua səs verdi.
Gürcüstanın həmsponsoru olduğu sənəddə deyilir ki, “Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələri Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyini pozaraq, təcavüz nəticəsində Rusiya tərəfindən müvəqqəti işğal olunub”.