Vladimir Zelenski – biz hər gün terrorçularla mübarizə aparırıq, heç vaxt bağışlamayacağıq, qisas ədalətli və qaçılmaz olacaq
Heç vaxt bağışlamayacağıq, qisas ədalətli və qaçılmaz olacaq, – Ukrayna prezidenti, Vladimir Zelenski Rusiyanın Dnepr bölgəsinə raket hücumu ilə nəticələnən və 3 nəfərin, o cümlədən hamilə qadının ölümünə belə əks səda verdi.
Hücum nəticəsində üç mülki şəxs də ağır yaralandı.
“Biz hər gün dinc sakinləri öldürən, şəhərləri bombalayan, Ukraynalıların həyatını və gələcəyini məhv edən terrorçularla döyüşürük. Heç vaxt bağışlamayacağıq, qisas ədalətli və qaçılmaz olacaq”, – Zelenski bəyan etdi.
Ruslar ötən gecə Dnepr üzərinə raket hücumu həyata keçirdilər. Mərminin fraqmenti şəhərdəki yanacaqdoldurma məntəqələrindən birinə düşdü və yanğın əmələ gəldi.