Vladimir Zelenski – bir daha kollektiv gücümüzün yenilməzliyini sübut edəcəyik, Rusiya ekosidindən zərər çəkmiş bütün insanların normal həyatını bərpa edəcəyik

10:41, 18.06.2023

Biz, bir daha kollektiv gücümüzün yenilməzliyini sübut edəcəyik, Rusiya ekosidindən zərər çəkmiş bütün insanların normal həyatını bərpa edəcəyik, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski gündəlik müraciətində bəyan etdi.

“Mən bu gün bizə həqiqətən kömək edən və bu həftə dövlətimizi və xalqımızı dəstəkləmək üçün yeni addımlar atan bütün partnyorlarımıza təşəkkür etmək istəyirəm. ABŞ-a daha bir mühüm yardım paketinə, o cümlədən Hollandiya, Almaniya, İtaliya, Danimarka, İsveç, Böyük Britaniya və Kanadaya təşəkkür etmək istəyirəm. Ramçtaynın bütün iştirakçı ölkəsinə dəyətəyə görə təşəkkürlər”, – Zelenski bəyan etdi.

Ukrayna Prezidenti Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktının nəticələrinin aradan qaldırılmasında Ukraynaya yardım edən hər bir ölkə və cəmiyyətə, bütün beynəlxalq təşkilatlara təşəkkürünü bildirdi.

Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən Polşaya xüsusilə təşəkkür etdi.

Oxşar