Vladimir Zelenski bildirib ki, Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcək
Ukrayna Prezidenti Vladimir Zelenski 2022-ci il iyulun 1-dən Ukraynanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini açıqlayıb. Ukrayna mətbuatı xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında yazıb.
Ukrayna Prezidentinin qeyd etdiyi kimi, müvafiq mühüm qərar bu gün Nazirlər Kabineti tərəfindən qəbul edilməlidir. Ukrayna hökuməti Rusiya ilə bəzi beynəlxalq müqavilələri də dayandırmağı planlaşdırır.
Ukrayna prezidentinin sözlərinə görə, bu məsələ Ukraynanın milli təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı durmaq üçün nəzərdə tutulub.
Bundan əvvəl, mayın 26-da Ukrayna prezidenti Rusiya vətəndaşları üçün Ukraynada viza rejiminin tətbiqi ilə bağlı petisiyanı dəstəkləyib və baş nazir Denis Şmiqala məsələni həll etməyi tapşırıb.