Vladimir Zelenski bəyan edir ki, Ukrayna Polşaya elektrik enerjisinin eksportu ilə yardım edəcək

10:33, 10.09.2022

Ukrayna Polşaya elektrik enerjisinin eksportu ilə yardım edəcək. Bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski gündəlik video müraciətində bəyan etdi. Zelenskinin qeyd etdiyi kimi, Polşa Ukraynadan elektrik enerjisinin ixracına kömək etməyi xahiş etdi, bu da təmin olunacaq.

“Polşa bizdən enerji sahəsində, xüsusən də elektrik enerjisinin ixracı ilə bağlı yardım göstərməyi xahiş etdi. Sözsüz ki, biz bunu təmin edəcəyik. İlk günündən bizə yardım edən polyak qardaşlarımıza biz həmişə yardəm edəcəyik”, – Zelenski bəyan etdi.

Polşanın baş naziri Mateuş Moravetski bu gün Kiyevdə səfərdədir. Zelenskinin sözlərinə görə, görüş zamanı Ukrayna-Polşa sərhədində növbələr məsələsini də müzakirə etdilər. Onun sözlərinə görə, bu problemi həll etməyə razılaşdılar. Texniki detalları Ukrayna və Polşanın baş nazirləri razılaşdıracaqlar.

Zelenskinin sözlərinə görə, Moraviçki ilə ümumi gömrük nəzarəti, keçid məntəqələrinin genişləndirilməsi və poçt göndərişlərinin sadələşdirilməsi məsələsini də müzakirə etdi.

“Mən poçt göndərişlərinin qiymətinin aşağı salınması təklifi ilə Polşanın baş nazirinə müraciət etdim. Bu, xalqımız üçün, indi xüsusi dəstəyə ehtiyacı olan hər kəs üçün vacibdir”, – Zelenski bəyan etdi.

 

Oxşar