Vladimir Zelenski bəyan edir ki, Ukrayna partnyorları ilə birlikdə yeni müdafiə paketləri üzərində işləyir

10:25, 11.05.2023

Ukrayna partnyorları ilə birlikdə yeni müdafiə paketləri üzərində işləyir, – bu barədə Ukrayna prezidenti Vladimir Zelenski gündəlik müraciətində bəyan etdi.

“Səmamız üçün daha çox hava təhlükəsizliyi, müdafiə və quru hərəkətliliyimiz üçün daha çox imkanlar. Mən bu gün bir neçə görüş keçirdim, orada bütün bunları müzakirə etdik. Yaxın gələcəkdə partnyorlarımızdan müvafiq addımlar gözləyirik. Bir anlıq da unutmayaq ki, işğalçı bizim torpağımızda olan hər gündən sonra uğur qazandıqlarını düşünür. Bu belə deyil. Biz azadlığı qaytarmalıuıq və bunu edəcəyik”, – Zelenski qeyd etdi.

Ukrayna Prezidenti Ukraynanın müdafiəsini gücləndirməkdə yardım edən partnyor ölkələrə və onların rəhbərlərinə təşəkkürünü bildirdi.

Oxşar