Vladimir Zelenski bəyan edir ki, Rusiyanın işğalından sonra Ukrayna iqtisadiyyatı hər ay 5-7 milyard dollar itirir

10:47, 17.08.2022

Ukrayna prezidenti Vladimir Zelenski “Washington Post” qəzetinə müsahibəsində Rusiya tərəfindən müharibə başlamamışdan əvvəl, Ukrayna hökumətinin niyə həyəcan təbili çalmadığını izah etdi.

Vladimir Zelenski bəyan edir ki, Rusiyanın işğalından sonra Ukrayna iqtisadiyyatı hər ay 5-7 milyard dollar itirir.

“Əgər biz bunu desəydik və adını çəkmədiyim bəzi adamlar istəyirdi, o zaman keçən ilin oktyabrından bəri biz ayda yeddi milyard itirərdik və ruslar həqiqətən bizə hücum edəndəndən sonra bizi üç günə işğal edərdilər”, – Zelenski bəyan etdi.

Onun sözlərinə görə, hökumət vətəndaşları yaxınlaşan müharibə ilə bağlı xəbərdar etsəydi, bu, kütləvi xaosa səbəb olardı.

“Deməyəcəm bunu kim fikirləşdi, lakin ümumilikdə bu düzgün idi – hücuma qədər xalqda xaos yaratsaydıq, ruslar bizi udardılar, çünki xaos zamanı xalq ölkədən qaçır”, – Zelenski qeyd etdi.

Oxşar