Vladimir Zelenski bəyan edir ki, Donetsk vilayətinin Liman şəhəri tamamilə azad edilib

18:10, 02.10.2022

Ukrayna prezidenti,Vladimir Zelenski bəyan edir ki, Donetsk vilayətinin Liman şəhəri tamamilə azad edilib. Ukrayna prezidenti şəhəri azad edən Ukrayna ordusunun əsgərlərinə təşəkkürünü bildirdi.

Vladimir Zelenskinin bəyan etdiyinə görə, yaxın həftələrdə Donbasın digər yaşayış məntəqələri də azad ediləcək.

Ukrayna hakimiyyətində bəyan edirlər ki, Limandan sonra Ukrayna ordusu Luqansk vilayətinin Kremennaya şəhərinə hücum edəcək, sonra isə, qoşunlar Severodonetsk, Lisiçansk və Rubijnoe şəhərinin “üçbucağına” keçə biləcəklər.

Oxşar