Vladimir Zelenski bəyan edir ki, "Azovstaldan" həkimlərin və yaralıların evakuasiyası planlaşdırılır
Vladimir Zelenski bəyan edir ki, "Azovstaldan" həkimlərin və yaralıların evakuasiyası planlaşdırılır

Ukrayna prezidenti, Vladimir Zelenski bəyan edir ki, “Azovstaldan” həkimlərin və yaralıların evakuasiyası planlaşdırılır. Bu barədə Zelenski növbəti videomüraciətində bəyan etdi.

“Qızıl Xaç Komitəsinin komandasına və “Azovstaldan” evakuasiyanın ilk mərhələsində bizə yardım edən təşkilatlara təşəkkür edirəm. 300-dən çox insan – qadın və uşaqlar xilas edildi. Mülki şəxsləri “Azovstaldan” faktitki olaraq, çıxardıq. İndi evakuasiya missiyasının ikinci mərhələsinə hazırlaşırıq – yaralılar və həkimlərin çıxarılmasına. Sözsüz ki, hər şey razılaşmaya uyğun olsa. Sözsüz ki, əgər yaıan olmasa. Biz həmçinin hərbçilərimizin çıxarılması üzərində işləyirik. Mariupolu müdafiə edən hər bir qəhrəmanın. Çox çətindir, lakin önəmlidir. Əminəm hamı bu çətinliyin əsas səbəbini və səbəbin harada olmasını başa düşür. Lakin ümidimizi itirmirik. Biz dayanmırıq”, – Zelenski bəyan etdi.