Vladimir Zelenski - bədxahlıq məsuliyyətdən qaça bilməz və bunkerdə gizlənə bilməz
Heç bir bədxahlıq məsuliyyətdən qaça bilməz və bunkerdə gizlənə bilməz, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski Ukraynalıların xatirəsi və barəş günü münasibətilə yaydğı video-müraciətində bəyan etdi.
Prezident Zelenski bu videonu rəmzi olaraq Kiyev vilayətinin Borodyanka şəhərində rusların bombaladığı çoxmərtəbəli yaşayış binasının qarşısında çəkdi. Prezident qeyd etdi ki, Borodyankada yaşayan insanlar nasizmə son qoymaq üçün əllərindən gələni edirdilər.
“Bu evdə əvvəllər divarlar var idi. Bu divarlarda fotoşəkillər var idi. Bu fotolarda əvvəllər müharibə cəhənnəmindən keçmiş insanlar təsvir edilmişdi. İkinci Dünya Müharibəsinin döyüş meydanında 250 döyüşçü həlak olub, ümumilikdə Borodyankada yaşayan 1000-ə qədər insan eyni şeyin bir daha təkrarlanmaması naminə canlarını fəda etdilər. Onlar uşaqlar və fevralın 24-nə qədər burada olan həyatın gələcəyi üçün mübarizə aparırdılar”, – Zelenski bəyan etdi.
Zelenskinin dediyinə görə, bütün sivil dünya İkinci Dünya Müharibəsi zamanı nasizm qurbanlarını xatırlayır və bu gün “bir daha heç vaxt” deyir,lakin, fevralın 24-də Ukrayna ərazisində raket hücumları “bir daha heç vaxt” sözünü sildi və indi yalnız “yenə də” sözü qaldı.
Ukrayna prezidentinin sözlərinə görə, indi may ayıdır, lakin bir çox Ukraynalılar üçün fevral ayı davam edir.
“Ağ-qara yay olarmı? Həmişə bütün fevral ola bilərmi?Qızıl sözlər də öz dəyərini itirə bilərmi? Təəssüf ki, Ukrayna bütün bu sualların cavabını bilir. Təəssüf ki, bu sualların cavabı bəlidir”, – Zelenski bəyan etdi.