Vladimir Zelenski - Azərbaycan və Türkiyə prezidentləri Rusiya ilə danışıqların aparılması təşkilini təklif etdilər, bu alqışlanasıdır
Ukrayna prezidenti, Vladimir Zelenski Azərbaycan və Türkiyə prezidentlərinin Rusiya ilə danışıqların aparılması təşkil edilməsi təklifini alqışlayır. Bu barədə Ukrayna prezidenti b rifinqdə bəyan etdi.
“İlham Əliyev və prezident Ərdoğan Rusiya ilə danışıqların aparılması təşkilini təklif etdilər, bu alqışlanasıdır”, – Zelenski bəyan etdi.
Zelenski brifinqdə həmçinin bəyan etdi ki, ölkənin azad olunmasına lazım olduğu qədər mübarizə aparacaq.
“Biz layiqli cavab veririk. Əminəm ki, bunu xəbərlərdə görürsünüz və yalnız bir şey demək istəyirəm – biz, ölkənin azad olunmasına lazım olduğu qədər mübarizə aparacağıq. Əgər artıq körpələr sığınacaqda dünyaya gəlirləsə, baxmayaraq ki, bombalama davam edir, onda düşmənin bu şübhəsiz xalq müharibəsində şansı yoxdur”, – Ukrayna prezidenti bəyan etdi.