Vladimir Zelenski Avropanın bir neçə ölkəsində, o cümlədən Almaniyada Ukrayna səfirlərini vəzifələrindən azad etdi
Vladimir Zelenski Avropanın bir neçə ölkəsində, o cümlədən Almaniyada Ukrayna səfirlərini vəzifələrindən azad etdi

Ukrayna prezidenti, Vladimir Zelenski Avropanın bir neçə ölkəsində, o cümlədən Almaniyada Ukrayna səfirlərini vəzifələrindən azad etdi.

Ukrayna mediasının məlumatına görə, bu barədə məlumatı prezidentin administrasiyası yayır.

“Ukraynanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Andrey Yaroslavl oğlu Melnik tutduğu vəzifəsindən azad edilsin”, – prezidentin bəyanatında deyilir.

Həmçinin prezidentin sərəncamı ilə Ukraynanın Macarıstan, Norveç və Çexiyadakı səfirləri tutduqları vəzifələrindən azad edildilər.

Ukrayna mediasının məlumatına görə, Melnik səkkiz il Ukraynanın Almaniyadakı səfiri olub. Medianın məlumatına əsasən, Andrey Melnikovun Ukrayna Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunması mümkündür.