Vladimir Zelenski – Avropada nüvə təhlükəsizliyi yalnız ruslar Zaporojye atom elektrik stansiyasından çıxdıqdan sonra bərpa olunacaq
Avropada nüvə təhlükəsizliyi yalnız ruslar Zaporojye atom elektrik stansiyasından çıxdıqdan sonra bərpa olunacaq, – bu barədə Ukrayna prezidenti, Vladimir Zelenski müharibənin 169-cu gününün sonunda yayımlanan videomüraciətində bəyan etdi.
“Rusiya dünya terror tarixinin dibini növbəti dəfə deşdi. Dünyanı bu qədər açıq şəkildə təhdid etmək və şərtlər qoymaq üçün heç kim atom elektrik stansiyasından istifadə etməyib. Zaporojye atom elektrik stansiyasından işğalçıları qovmaq üçün dünyada tamamilə hər kəsin reaksiyası olmalıdır. Bu qlobal maraqlardadır və yalnız Ukraynanın tələblərini təşkil etmir. Yalnız rusların Zaporojye atom elektirk stansioyasında tamamilə çıxarılması və Ukraynanın onun üzərində nəzarətinin bərpası, Avropada nüvə təhlükəsizliyinin bərpasına zəmanət verəcək”, – Zelenski bəyan etdi.