Vladimir Zelenski Anjey Duda ilə telefon danışığı apardı – Ukraynanın NATO-ya üzvlüyünün reallaşması üçün işi davam etdiririk
Ukrayna prezidenti, Vladimir Zelenski Polşa prezidenti, Anjey Duda ilə telefon danışığı apardı. Bu barədə Zelenski öz tvitter səhifəsində yazır.
Ukrayna prezidentinin dediyinə görə, söhbət zamanı onlar Ukraynanın döyüş meydanındakı vəziyyəti, eləcə də müdafiə qüvvələrinin ehtiyaclarını müzakirə etdilər.
“Biz döyüş meydanındakı vəziyyəti və müdafiə qüvvələrinin ehtiyaclarını müzakirə etdik. Müdafiə sahəsində əldə edilmiş razılaşmaları yerinə yetirdiyinə görə Polşaya təşəkkür edirəm. Biz həmçinin NATO sammitinə hazırlıq kontekstində növbəti addımlar barədə razılığa gəldik. Ukraynanın NATO-ya üzvlüyünün reallaşması üçün işi davam etdiririk”, – Zelenski yazır.