Vladimir Zelenski – amerikalılar öz ehtiyatlarında olan raketlərin 5%-ni bizə satsalar, qışı keçirə bilərik. Əgər 10%-ni sata bilsələr, Rusiyanın bütün ballistik raketlərini məhv edəcəyik
Bu il amerikalı tərəfdaşlarımızdan xahiş edirəm ki, öz ehtiyatlarında olan raketlərin 5%-ni bizə satsınlar ki, qışı keçirə və insanların həyatını xilas edə bilək, – bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya raketlərin 10%-ni sata bilsə, Kiyev Rusiyanın bütün ballistik raketlərini məhv edəcək.
“Bu il bizim hava hücumundan müdafiə raketlərimiz 2025-ci illə müqayisədə iki dəfədən çox azdır. Bununla yanaşı, Rusiya ayda əvvəlkindən iki dəfədən çox ballistik raket buraxır. Biz amerikalılara xərclərin 100%-ni ödəyirik. ABŞ-dan aldığımız paket var və bundan sonra artıq mənim şəxsi iştirakım başlayır. Əks halda bu işləmir. Hər gün şəxsən hamı ilə danışıram, görüşlər və telefon danışıqları keçirirəm. Raketlərin əvəzinə nələrsə təklif etməyə çalışıram. Əgər raketlərin 5%-ni bizə satsalar, qışı keçirəcək və insanların həyatını xilas edəcəyik. Əgər 10%-ni sata bilsələr, Rusiyanın bütün ballistik raketlərini məhv edəcəyik”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ-dan hələlik bu məsələ ilə bağlı aydın cavab almayıb, Ukraynanın isə hazırda ehtiyac duyduğu raketlərin yalnız 1–5%-i var.
Zelenskinin sözlərinə görə, bunu təmin etmək üçün o, hər gün danışıqlar aparmalı, milyonlarla telefon zəngi etməli və müxtəlif yollar axtarmalı olur.