Vladimir Zelenski ABŞ prezidentinə Ukraynaya yeni hərbi yardım paketini elan etdiyinə görə təşəkkürünü bildirdi
Vladimir Zelenski ABŞ prezidentinə Ukraynaya yeni hərbi yardım paketini elan etdiyinə görə təşəkkürünü bildirdi

Ukrayna prezidenti, Vladimir Zelenski ABŞ prezidenti, Co Baydenə Ukraynaya yeni hərbi yardım paketini elan etdiyinə görə təşəkkürünü bildirdi. Zelenski bu barədə videomüraciətində bəyan etdi.

“Bu gün mən Amerika Birləşmiş Ştatlarına və şəxsən Baydenə bu gün Ukrayna üçün elan edilmiş, çox güclü “NASAMS” sistemlərini – zenit-raket sistemlərini özündə birləşdirən yeni dəstək paketinə görə xüsusilə minnətdaram və bu, bizim hava hücumundan müdafiəmizi xeyli gücləndirəcək. Bunun üçün biz çox işlədik”, – Zelenski qeyd etdi.

Zelenskinin sözlərinə görə, Ukrayna öz tərəfdaşları ilə digər yeni silahlar barədə də danışıqlar aparır və işğalçıların üstünlüyünü pozmaq üçün hər şeyi edir.

Bununla yanaşı, elə onun dediyinə görə, Rusiyanın Odessa bölgəsində 9 mərtəbəli binaya raket hücumu nəticəsində bir ailədən 4 nəfər həlak oldu. Zelenskinin bəyan etdiyinə görə, bu evdə 160-a yaxın mülki şəxs yaşayırdı və heç kim orada silah, hərbi texnika və sursat gizlətmirdi.

“Xüsusilə qeyd edirəm ki, bu, bir növ səhv və ya təsadüfi raket zərbəsi deyil, məqsədyönlü Rusiya terrorudur”,- Zelenski bəyan etdi.