Vladimir Putinin “Lujniki” stadionunda çıxışı kəsilib və veriliş rusiyalı müğənninin musiqi nömrəsi ilə davam edib
Moskvada, “Lujniki” stadionunda Rusiya prezidenti Vladimir Putinin müraciəti zamanı Rusiya televiziya və Youtube kanallarında çıxışlar kəsilib və yayım rusiyalı müğənninin musiqi nömrəsi ilə davam edib.
Bu faktı daha sonra rusiyalı jurnalistlər internetlə bağlı texniki problemlə izah ediblər.
Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. Peskovun jurnalistlərə verdiyi məlumata görə, insidentə serverdəki texniki nasazlıq səbəb olub.
Rusiya agentliklərinin məlumatına görə, “Krımın Rusiyaya qoşulmasının” səkkizinci ilinə həsr olunmuş “Lijniki” stadionunda konsert keçirilib.
Stadionun qarşısında rusiyalı aktyorlar, müğənnilər və idmançılar çıxış ediblər.