Vladimir Putin yeni dəniz doktrinasını təsdiq etdi
Vladimir Putin yeni dəniz doktrinasını təsdiq etdi

Rusiya prezidenti, Vladimir Putin yeni dəniz doktrinasını təsdiq etdi. Rusiya mətbuatının yazdığına görə, sənədə əsasən, diplomatik imkanlar tükəndiyi zaman, Rusiya dünya okeanında öz maraqlarını reallaşdırmaq üçün hərbi gücdən istifadə etmək hüququ qazanacaq.

Bundan əlavə, sənəddə qeyd olunur ki, Rusiyanın milli təhlükəsizliyi üçün əsas problem ABŞ-ın dünya okeanında hökmranlığıdır.

Doktrinada qeyd edilir ki, NATO ilə münasibətlərdə əsas amil Alyansın infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasına icazə verilməməsi olacaq.