Vladimir Putin – Xüsusi hərbi əməliyyatın nəticəsi böhrana səbəb olan amillərin aradan qaldırılması, uzunmüddətli dayanıqlı sülh üçün şəraitin yaradılması və Rusiyanın təhlükəsizliyinin təmin olunması olmalıdır
Xüsusi hərbi əməliyyatın nəticəsi böhranın yaranmasına səbəb olan amillərin aradan qaldırılması, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması və Rusiyanın təhlükəsizliyinin qorunması olmalıdır – bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putinin sözlərinə görə, Rusiyanın kifayət qədər gücü var ki, xüsusi hərbi əməliyyatı özü üçün lazım olan nəticə ilə başa çatdırsın.
“Bu nəticə – böhranın yaranmasına səbəb olan amillərin aradan qaldırılması, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması və Rusiyanın təhlükəsizliyinin qorunmasıdır. Həmçinin, rus dilini ana dili hesab edən və Rusiyanı öz vətəni sayan insanların yaşadığı ərazilərdə xalqımızın maraqlarının təmin olunmasıdır,” – deyə Putin vurğulayıb.
Bununla yanaşı, Putin qeyd edib ki, Rusiya ABŞ-ın milli maraqlarına hörmətlə yanaşır və ümid edir ki, Rusiyanın maraqları da eyni şəkildə hörmətlə qarşılanacaq.
“Amerikalıların, Amerika xalqının və rəhbərliyinin, o cümlədən prezidentin öz milli maraqları var və biz buna hörmətlə yanaşırıq. Düşünürəm ki, buna əsaslanaraq, onlar da bizə eyni münasibəti göstərəcəklər,” – deyə Putin bildirib.