Vladimir Putin və Nikol Paşinyan Moskvada sentyabrın səkkizində görüşəcəklər
Vladimir Putin və Nikol Paşinyan Moskvada sentyabrın səkkizində görüşəcəklər

Vladimir Putin və Nikol Paşinyan bir-biri ilə Moskvada sentyabrın səkkizində görüşəcək. Bu barədə məlumatı Rusiya prezidenti administrsiyasının mətbuat xidməti yayır.

Ermənistanda hakimiyyətin dəyişməsindən sonra, ölkənin baş naziri Rusiyaya artıq üçüncü dəfə gedir.

Nikol Paşinyan mayın 14-də, Soçidə Avrasiya İqtisadi İttifaqı ölkələrinin sammitində, iyunun 13-də isə, Moskvada Dünya Futbol Çempionatının açılış mərasimində iştirak etdi.