Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda danışıqları yenidən başlamağı təklif edir
Rusiya prezidenti Vladimir Putin Ukraynaya danışıqların yenilənməsini təklif edib.
Vladimir Putin Kremldə jurnalistlərlə söhbətində Ukrayna tərəfinə birbaşa danışıqların yenidən başlanmasını təklif edib və konkret tarix — 15 may və yer — İstanbul göstərib.
“Biz heç vaxt Ukrayna tərəfi ilə dialoqa imtina etməmişik. Xatırladım ki, 2022-ci ildə danışıqları biz yox, məhz Ukrayna tərəfi dayandırdı. Bütün bunlara baxmayaraq, Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda onların özlərinin dayandırdığı danışıqları yenidən başlamağı təklif edirik — həm də heç bir ilkin şərt olmadan,” — deyə Putin bildirib.
Vladimir Putinin sözlərinə görə, o, sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmağı planlaşdırır və ondan Türkiyədə danışıqların keçirilməsi üçün şərait yaratmasını xahiş edəcək.
Rusiya prezidenti həmçinin danışıqlar zamanı atəşkəs barədə razılaşmanın əldə olunmasını istisna etməyib.
“Bu danışıqlar zamanı yeni atəşkəs və sülh sazişinin əldə olunması mümkün ola bilər. Üstəlik, elə bir real atəşkəs ki, onu yalnız Rusiya yox, Ukrayna tərəfi də qoruyacaq. Bu, uzunmüddətli və dayanıqlı sülhə doğru ilk addım olardı, təkrar edirəm — Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlandırılması və komplektləşdirilməsindən sonra silahlı münaqişənin davamı üçün proloq yox. Belə bir sülh kimə lazımdır?” — deyə Putin qeyd edib.