Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin qondarma müstəqilliyinin tanınması haqqında fərman imzaladı
Rusiya prezidenti, Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyinin” tanınması haqqında fərman imzaladı. Məlumatı rus mediası yayır.
“Beynəlxalq hüququn ümumxalq qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipini tanıyıram və təsdiq ediəm, Xerson vilayətində 27 sentyabr 2022-ci ildə keçirilən referendumu nəzərə almaqla müəyyən edirəm: Xerson vilayətinin suverenliyi və müstəqilliyi tanınsın”, – sənəddə deyilir.
Zaporojye vilayətinin “müstəqil” kimi tanınması haqqında da eyni məzmunlu fərman dərc edilib.