Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olması və federasiyanın yeni subyektlərinin yaradılması haqqında “qanunları” imzaladı

11:11, 05.10.2022

Rusiyanın prezidenti, Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olması və federasiyanın yeni subyektlərinin yaradılması haqqında “qanunları” imzaladı. Müvafiq sənədlər artıq Rusiyanın hüquqi informasiya portalında dərc olunub.

Putin Ukraynanın işğal olunmuş bölgələrinin – Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin separatçı liderləri ilə Rusiyanın tərkibinə daxil olmaq üçün 30 dentyabrda müqavilələr imzaladı, bundan sonra Dövlət Duması və Federasiya Şurası qeyd olunan “müqavilələrin” ratifikasiyasını həyata keçirdi.

Kreml Ukraynanın işğal olunmuş dörd rayonunda Rusiyanın tərkibinə daxil olmaq üçün 23-27 sentyabrda psevdoreferendumlar keçirdi.

Beynəlxalq ictimaiyyət referendumları qeyri-qanuni hesab edir və qanunsuz aneksiyanı pisləyir.

Oxşar