Vladimir Putin Ukraynada cəbhə xəttində Rusiyanın 700 mindən çox hərbçisinin döyüşdüyünü bildirir
Vladimir Putin Ukraynada cəbhə xəttində Rusiyanın 700 mindən çox hərbçisinin döyüşdüyünü bildirir

 

Rusiya Prezidenti Vladimir Putin Ukraynada cəbhə xəttində Rusiyanın 700 mindən çox hərbçisinin döyüşdüyünü bildirib. Putin bu barədə parlament fraksiyalarının liderləri ilə görüşü zamanı deyib.

Rusiya Prezidenti hakimiyyət orqanlarında dırnaqarası xüsusi hərbi əməliyyatın veteranları üçün kvotaların yaradılması ideyasını şərh edib.

“Başa düşürsünüz, cəbhə xəttində 700 mindən çox insan var” – Putin qeyd edib.

Onun sözlərinə görə, bu insanlar arasından hakimiyyət orqanlarının işi kimi fəaliyyətə meylli şəxsləri seçmək lazımdır.