Vladimir Putin telefon danışığında Nikolas Maduroya dəstək ifadə etdi və bildirdi ki, Moskva Venesuelaya yardımını davam etdirəcək
Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin Venesuela Prezidenti Nikolas Maduraya bir daha dəstəyini ifadə etdi və qeyd etdi ki, artan xarici təzyiqlər fonunda Moskva Karakasın yanında dayanmağa davam edəcək. Məlumatı Kreml prezidentlərin telefon danışığından sonra yayıb.
Kremlin bəyanatında bildirilir ki, Putin və Maduro strateji tərəfdaşlıq sazişinə uyğun olaraq fəaliyyət göstərmək və iqtisadiyyat və energetika sektorları ilə bağlı müxtəlif birgə layihələrin həyata keçirilməsi arzusunu müzakirə ediblər.
“Dövlət başçıları noyabr ayında qüvvəyə minmiş strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə uyğun olaraq Rusiya–Venesuela dostluq münasibətlərinin daha da inkişafına dair fikirləri mübadilə etdilər,” – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, əgər Venesuela hakimiyyəti ölkədə narkotik ticarətinə qarşı mübarizəni sərtləşdirməsə, ABŞ Venesuelada quru əməliyyata başlaya bilər.
Bundan əlavə, son aylarda Vaşinqton Venesuelanın ərazi sularında, öz məlumatına görə narkotik daşıyan gəmilərə aviazərbələr endirib.