Vladimir Putin Soçidə işğal olunmuş Abxaziyanın qondarma prezidenti, Aslan Bjaniya ilə görüşdü
Rusiya prezidenti, Vladimir Putin Soçidə işğal olunmuş Abxaziyanın qondarma prezidenti, Aslan Bjaniya ilə görüşdü.
Rusiya prezidenti administrasiyasının məlumatına görə, Putin Bjaniyaya dedi: “Rusiya Abxaziyanın bir nömrəli partnyorudur, respublikanın iqtisadi dövriyyəsinin 70 faizi məhz elə Rusiya ilə bağlıdır”.
Elə onların məlumatına görə, Rusiya prezidenti Bjaniyaya bəyan etdi ki, pandemiya ilə mübarizədə rus həkimlərinin Abxaziyaya etdikləri yardım əhəmiyyətlidir, çünki birgə işlər Qudauta qırmızı zonasında davam etdirilir.
Rusiya prezidenti administrasiyasının məlumatına görə, öz növbəsində, Aslan Bjaniya Putinə pandemiya dövründə göstərilən yardım üçün minnətdarlğını bildirdi. Bjaniya həmçinin qeyd etdi ki, Rusiya ilə imzalanmış razılaşmalar Abxaziya maraqlarına tamamilə müvafiqdir. Bjaniya Putini Abxaziyaya dəvət etdi.