Vladimir Putin - Sevastopolda olduğu kimi Donbasda da həyatı yaxşılığa doğru dəyişmək üçün hərəkətə keçib vəziyyətə nail olacağıq
Vladimir Putin - Sevastopolda olduğu kimi Donbasda da həyatı yaxşılığa doğru dəyişmək üçün hərəkətə keçib vəziyyətə nail olacağıq

Rusiya prezidenti, Vladimir Putin bəyan edir ki, məhz Donbasdakı faciələr Rusiyanı “xüsusi əməliyyat” keçirməyə məcbur etdi.

“Təəssüf ki, Luqansk Xalq Respublikasında çox şey pisə doğru dəyişdi. Çünki bütün bu səkkiz il ərzində bombardmanlar, artilleriya atəşi və hərbi əməliyyatları davam edirdi. Sözsüz ki, insalar çox çətinlikıər çəkirdilər. Krımda, Sevastopolda insanlar həyatları fərqli inkişaf edirdi – bu, göz qabağındadır. Lakin Donbasda, o cümlədən Luqansk Xalq Respublikasında baş verən faciə Rusiyanı bu gün hamının yaxşı bildiyi, bu hərbi əməliyyata başlamağa məcbur etdi. İlk növbədə, mən bu barədə lap badan dedim, bu əməliyyatın məqsədi Donbasda yaşayan xalqımıza kömək etməkdir.

Biz ardıcıl hərəkət edəcəyik və elə vəziyyətə nail olacağıq ki, orada da həyat Sevastopoldakı kimi tədricən normallaşsın və yaxşılığa doğru dəyişsin”, – Putin “Rusiya – imkanlar ölkəsi” qeyri-kommersiya təşkilatının müşahidə şurasının iclasında bəyan etdi.