Vladimir Putin – Sağlam düşüncəyə malik hər kəs yaxşı anlayır ki, Rusiyanın heç vaxt olmayıb, yoxdur və olmayacaq da kiməsə hücum etmək arzusu
Vladimir Putin – Sağlam düşüncəyə malik hər kəs yaxşı anlayır ki, Rusiyanın heç vaxt olmayıb, yoxdur və olmayacaq da kiməsə hücum etmək arzusu

 

“Sağlam düşüncəyə malik hər kəs yaxşı anlayır ki, Rusiyanın heç vaxt olmayıb, yoxdur və olmayacaq da kiməsə hücum etmək arzusu”, – bunu Rusiya prezidenti Vladimir Putin Pekində Slovakiyanın baş naziri Robert Fico ilə görüşdə bəyan edib.

Vladimir Putinin sözlərinə görə, Rusiyanın Avropaya hücum etməyi planlaşdırması barədə iddia ya təxribatdır, ya da tamamilə qeyri-peşəkarlıq.

“Sağlam düşüncəyə malik hər kəs çox yaxşı anlayır ki, Rusiyanın heç vaxt olmayıb, yoxdur və olmayacaq da kiməsə hücum etmək arzusu. Slovakiya, bildiyimiz kimi, Avropa İttifaqı və NATO üzvüdür. Siz özünüzə onları tənqid etmək haqqını verə bilərsiniz, çünki bu, sizin ailənizdir. Mən isə istəmirəm sizi çətin vəziyyətə salım və NATO ilə Aİ-ni tənqid etməklə sizə mane olum. Onları sürünənlərə, heyvanlara bənzətmək istəmirəm”, – deyə Putin bildirib.