Vladimir Putin – Rusiyanın kifayət qədər kaset bombaları ehtiyatı var və lazım gələrsə onlardan istifadə edəcək
Rusiyanın kifayət qədər kaset bombaları ehtiyatı var və lazım gələrsə onlardan istifadə edəcək, – bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan etdi.
Putin qeyd etdi ki, Ukraynada Rusiya qüvvələrinə qarşı belə sursatlardan istifadə edilərsə, Moskva kaset bombalarından istifadə etmək hüququnu saxlayır.
“Sözsüz ki, onlar bizə qarşı kaset silahından istfadə etsək, biz də müvafiq cavab verəcəyik”, – Putin dedi.
Ukrayna kaset bombalarını ABŞ-dan aldı. Lakin Kiyev şərt qoydu ki, silhdan yalnız düşmən əsgərlərinin konsentrasiyasının qarşısının alınması üçün istifadə edəcək.
Xatırladırıq ki, dünyanın 100-dən çox ölkəsində kaset bombalarından istifadə qadağandır.