Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi
Rusiya prezidenti, Vladimir Putin Rusiyada qismən səfərbərlik elan etdi. Bu barədə Vladimir Putin xüsusi müraciətində bəyan etdi.
Putin artıq müvafiq fərmana imza atdı.
Vladimir Putin xüsusi müraciətində qeyd etdi ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Rusiya ərazisində qismən səfərbərlik sentyabrın 21-dən başlayacaq.
Onun dediyinə görə, Rusiya Federasiyasında qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan və hərbi təcrübəsi olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Çağırışçılar bölmələrə göndərilmədən əvvəl xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla əlavə hərbi hazırlıq keçəcəklər.