Vladimir Putin – Rusiya ilə Avropa ölkələri arasındakı münasibətlər böhran içərisindədir, lakin bu, bizim günahımız deyil
Vladimir Putin – Rusiya ilə Avropa ölkələri arasındakı münasibətlər böhran içərisindədir, lakin bu, bizim günahımız deyil

Rusiya ilə Avropa arasındakı münasibətlər böhran içərisindədir, lakin bu, Moskvanın günahı deyil, – bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, Rusiya heç vaxt Avropa dövlətləri ilə əlaqələri bərpa etməkdən imtina etməyib.

‘Tamamilə aydındır ki, Avropa ölkələri ilə Rusiya arasındakı münasibətlər böhran içərisindədir. Bu, bizim günahımız deyil. Ukraynadakı hadisələrlə bağlı ittihamlar əsassızdır, çünki Avropa böhranı həm əvvəlki Amerika administrasiyasının, həm də bir neçə aparıcı Avropa ölkəsinin günahıdır. Onlar Ukraynada dövlət çevrilişini dəstəklədilər. Bu isə sonrakı hadisələrin faciəli zəncirini törətdi və bu gün də Ukraynada davam edir. Gəlin, Avropa ölkələri, xüsusilə də Avropa İttifaqı ilə münasibətlərimizin indiki vəziyyətini nəzərdən keçirək. Bir daha vurğulamaq istəyirəm: biz heç vaxt bu münasibətlərin inkişafından və bərpasından imtina etməmişik’, – deyə Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.