Vladimir Putin – Rusiya iqtisadiyyatının yeni reallıqda sabit və gecikmədən işləmək imkanı var, sanksiyalar Rusiya cəmiyyətini parçalamağa yönəlib

15:59, 25.04.2022

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Qərbin sanksiyaları Rusiya cəmiyyətini parçalamağa yönəlib. Vladimir Putinin fikrincə, Qərb buna nail olmayacaq.

Putin Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətləri “sanksiya təcavüzü” adlandırıb və hökuməti vətəndaşların Qərbin atdığı addımların nəticələrini hiss etməməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb.

“İndi hökumətimiz Rusiya vətəndaşlarına dəstək üçün genişmiqyaslı tədbirlər üzərində işləyir və biz bu sosial yardım mexanizmlərinin bütün səviyyələrdə rəvan işləməsini təmin etməliyik. Gəlin pensiya və sosial müavinətlərin vaxtında yazılmasından, o cümlədən məşğulluq proqramlarının genişləndirilməsindən danışaq. Rusiya iqtisadiyyatının yeni reallıqda stabil və maneəsiz işləmək imkanı var”, – Putin bildirib.

Oxşar