Vladimir Putin - Mən qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edirəm
Vladimir Putin - Mən qonşu ölkələrə vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edirəm

Rusiya prezidenti Vladimir Putin qonşu ölkələri vəziyyəti gərginləşdirməməyə və məhdudiyyətlər tətbiq etməməyə çağırır. Bu barədə Vladimir Putin “Marşal Rokosovski” bərəsində bayraq qaldırma mərasimində bildirib.

“Mən onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetirəcəyik və yerinə yetirməyə davam edəcəyik. Biz burada vəziyyəti gərginləşdirməyə və ya münasibətlərimizi gərginləşdirməyə ehtiyac görmürük”, – Rusiya prezidenti qeyd etdi.