Vladimir Putin Kuril adalarının Iturup adasına səfər edib, Yaponiya isə bu səfəri pisləyərək adanın Yaponiyanın ayrılmaz ərazisi olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarının İturup adasına səfər edib. Kremlin məlumatına görə, bu, Putinin Kuril adalarına ilk səfəridir.
Rusiya lideri “Yasnı” balıq emalı müəssisəsinə, rayon xəstəxanasına və məktəbə baş çəkib, həmçinin Saxalin vilayətinin qubernatoru ilə görüşüb.
Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi səfərə görə “qəti etiraz” bildirib və İturup da daxil olmaqla “Şimal ərazilərinin” həm tarixi, həm də beynəlxalq hüquqa əsasən Yaponiyanın ayrılmaz ərazisi olduğunu vurğulayıb.
Qeyd edək ki, Sovet İttifaqı Kuril adalarını İkinci Dünya müharibəsinin sonlarında, 1945-ci ildə işğal edib. Yaponiya arxipelaqın cənubunda yerləşən dörd adanı — İturup, Kunaşir, Şikotan və Habomai adalarını — öz tarixi ərazisi hesab edir. Ərazi mübahisəsi Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin bu günədək imzalanmamasının əsas səbəblərindən biridir.