Vladimir Putin İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri ilə görüşüb
Vladimir Putin İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricanı ilə Moskvada görüş keçirib.

Kremlin məlumatına görə, İran nümayəndəsi Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında mövcud olan gərgin vəziyyəti qiymətləndirib. Rusiya prezidentinin administrasiyasının bəyanatında qeyd olunur ki, Rusiya tərəfi regiondakı vəziyyətin sabitləşdirilməsinə və İranın nüvə proqramı ilə bağlı məsələlərin siyasi yolla həllinə yönəlmiş mövqelərini təsdiqləyib.