Vladimir Putin qondarma Cənubi Osetiya ilə ikili vətəndaşlıq barəsində razılaşma imzaladı
Rusiya prezidenti, Vladimir Putin Cənubi Osetiya ilə ikili vətəndaşlıq sazişini ratifikasiya edən federal qanunu imzaladı.
Sənədə əsasən, Rusiya və Cənubi Osetiya vətəndaşları pasportlarından imtina etmədən vətəndaşlıq ala biləcəklər.
Razılaşma ratifikasiya sənədlərinin mübadiləsi günündən qüvvəyə minəcək. Saziş beş il müddətinə etibarlıdır və növbəti beşillik müddətin bitməsinə altı ay qalmış tərəflərdən heç biri niyyəti barədə digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməsə, avtomatik olaraq növbəti beşillik dövrlər üçün uzadılacaqdır.