Vladimir Putin – Donald Tramp konstruktiv əməkdaşlığa köklənib, biz ABŞ-la tamhüquqlu münasibətlərin bərpasını dəstəkləyirik
ABŞ Prezidenti Donald Tramp müsbət və konstruktiv əməkdaşlığa köklənib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
Putinin sözlərinə görə, Rusiya ABŞ-la tamhüquqlu münasibətlərin bərpasını dəstəkləyir.
„Biz ABŞ-la tamhüquqlu münasibətlərin bərpasını dəstəkləyirik, lakin bu, yalnız bizdən asılı deyil. Bu, Amerika tərəfinin mövqeyindən də asılıdır“, – Putin bildirib.
Rusiya Prezidenti Ukraynadakı müharibəyə də toxunub və qeyd edib ki, Ukraynada münaqişənin nizamlanması üçün imkan mövcuddur.