Vladimir Putin Dağıstana getdi
Vladimir Putin Dağıstana getdi

Rusiya prezidenti, Vladimir Putin Dağıstana getdi. Məlumatı Kreml yayır.

Onların məlumatına görə, Putin Dağıstana səfəri çərçivəsində Narın-Kala qalasının memarlıq-arxeoloji kompleksinə, eləcə də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Dərbənd Cümə məscidinə baş çəkdi.

Dağıstanda Vladimir Putinlə yanaşı, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, Dağıstan Respublikasının başçısı Sergey Melikov və Rusiya Parlamentinin Dağıstan Respublikasından olan Senatının üzvü Süleyman Kərimov da səfərdə olublar.