Vladimir Putin bəyan edib ki, nüvə silahından istifadə milli təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirdir
Vladimir Putin bəyan edib ki, nüvə silahından istifadə milli təhlükəsizliyin təmin olunması üçün xüsusi tədbirdir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, nüvə silahından istifadə dövlətlərin milli təhlükəsizliyinin təmin olunması üçün son və xüsusi tədbirdir.

Putin bu bəyanatı Belarusla birgə keçirilən nüvə qüvvələrinin təlimləri ilə bağlı səsləndirib.

“Belə silahdan — nüvə silahından istifadə dövlətlərimizin milli təhlükəsizliyinin təmin edilməsi üçün ən son, xüsusi tədbirdir”, — deyə Putin bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi təlimlər çərçivəsində Belarusa nüvə döyüş sursatlarının gətirildiyini açıqlamışdı. Rusiya Müdafiə Nazirliyi bununla bağlı video da yayıb.

Belarus və Rusiyanın nüvə qüvvələrinin birgə təlimləri mayın 19-da başlayıb. Bu gün təlimləri Rusiya və Belarus liderləri videobağlantı vasitəsilə izləyiblər.