Vladimer Zelenski - Ukrayna böyük ölkə, Avropada ən böyük ölkədir, düşünürəm Vladimir Putin bunu başa düşür
Ukrayna böyük ölkə, Avropada ən böyük ölkədir, düşünürəm Vladimir Putin bunu başa düşür, – bu barədə Ukrayna prezidenti, Vladimer Zelenski “Tayms ov İsrail” nəşri ilə müsahibəsində bəyan etdi.
Vladimer Zelenskinin dediyinə görə, Rusiya prezidenti ilə dialoq müsbət nəticələr verdi və bir neçə telefon söhbəti kommunikasiya formatını yaratdı. Ukrayna prezidenti nümunə olaraq yaxalanan şəxslərin azad olunmasını və Kerç insidenti iştirakçısı gəmilərinin geri qaytarılmasını göstərdi.
Zelenski ümidvar olduğunu bildirdi ki, Putin onun mövqeyini başa düşür və faktla razılaşır ki, Ukrayna müstəqil dövlətdir.