Vladimer Vais - çox xoşbəxtəm ki gürcü xalqını belə sevindirdik
Vladimer Vais - çox xoşbəxtəm ki gürcü xalqını belə sevindirdik
“Çox xoşbəxtəm – mənim komandamın, bizim uğurumuza görə və gürcü xalqını sevindirdiyimizə görə,” – Latviya ilə oyundan sonra Gürcüstan yığmasının baş təlimçisi Vladimer Vais bəyan etdi.
Milli Liqanın D devizonunun birini qrupunun dördüncü turunda, Latviya milli yığmasını 3:0 ilə məğlub edərək Gürcüstan milli yığması 12 bal topladı və Milli Liqanın yarım finalında oynama hüququna sahib oldu.

Matçdan sonra Gürcüstan yığmasının baştəlimçisi Vladimer Vais emosiyalarını gizlədə bilmirdi.

“Öz oyunçularıma təşəkkürlər, onlar bu gün yaxşı oyun apardılar. Bizim yeni təlim ştabının gəlməsindən sonra Gürcüstan yığması ən yaxşı oyun keçirdi, həm də bu qədər önəmli bir vaxtda. Futbol Federasiyasına təşəkkürlərimi bildirmək istəyirəm ki, bizim təlim ştabımıza güvəndi”, – Vais bəyan etdi.

Gürcüstan yığmasının slovak təlimçisi matçın qəhrəmanlarından biri olan Qiorqi Çakvetadze haqqında danışdı – “Mən Qiorqini 16 yaşından etibarən izləyirəm, təlimçi karyeramda oxşar bir şey görməmişəm. O, əsl ulduz və hər kəs üçün bir nümunə ola bilər.”