Vladimer Qabaşvili N4 və N5 yaşayış binalarının yaxınlığında yamacın möhkəmləndirilməsi işləri aparılır

14:46, 13.10.2026

 

Əhalinin təhlükəsizliyi məqsədilə Vake rayonunda, Vladimer Qabaşvili N4 və N5 yaşayış binalarının yaxınlığında yamacın möhkəmləndirilməsi işləri aparılır – bu barədə Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında açıqlayıb.

O, Vere dərəsinin yaxınlığında yerləşən bu iki yaşayış binasının təhlükəsizliyi üçün profilaktik tədbirlərin görülməsinin və yamacın möhkəmləndirilməsinin zəruri olduğunu bildirib.

“Bizim üçün şəhərdə olan infrastruktur və geoloji risklərin idarə olunması vacibdir. Birinci mərhələdə yamacda olan köhnə və zədələnmiş divarın sökülməsi həyata keçirilir. Onun əvəzinə dəmir-beton svay divarları tikiləcək. Həmçinin yamacda qoruyucu tor quraşdırılacaq. Ərazidə yağış suları şəbəkəsi qurulacaq, bu da suyun kənarlaşdırılmasını təmin edəcək və yamacın sabitliyinin qorunmasına kömək edəcək” – Kaxa Kaladze qeyd edib.

Oxşar