Vladimer Putin – Yeni seçilmiş prezident Donald Trampla nə vaxtsa görüş olarsa, əminəm ki, danışacaq bir şeyimiz olacaq

20:06, 19.12.2024

 
Yeni seçilmiş prezident Donald Trampla nə vaxtsa görüş olarsa, əminəm ki, danışacaq bir şeyimiz olacaq – bu haqda Rusiyanın Prezidenti Vladimer Putin illik mətbuat konfransında bildirib.

Rusiyanın Prezidenti danışıqlar aparmaq üçün istənilən vaxt Donald Trampla görüşməyə hazır olduğunu deyib.

“NBC”nin jurnalisti Kir Simons Putinə sual verib.

“Biz görüşəndə ​​seçilmiş prezident Trampa nə təklif edə bilərəm? Əvvəla, bu barədə heç nə demədiyi üçün nə vaxt görüşəcəyimizi bilmirəm. Dörd ildən çoxdur onunla danışmamışam və bunun üçün hazıram, əlbətdə, istənilən vaxt və görüş üçün hazır olacam. Siz və ABŞ-da sizə pul verən insanlar Rusiyanın zəifləmiş vəziyyətdə olmasını çox istəyirlər. Mənim fərqli baxış bucağım var. İnanıram ki, Rusiya son iki-üç ildə xeyli güclənib. Niyə ? Çünki biz həqiqətən suveren ölkəyə çevrilirik. Biz artıq heç kimdən asılı deyilik. Siyasət kompromis sənətidir və biz hər zaman demişik ki, biz həm danışıqlara, həm də kompromislərə hazırıq. Sadəcə olaraq, qarşı tərəf sözün hərfi və məcazi mənasında danışıqlardan imtina etdi. Və biz hər zaman buna hazırıq. Bu danışıqların nəticəsi həmişə kompromisdir” – Vladimer Putin bildirib.

Oxşar