Vladimer Putin və Nikol Paşinyan arasında telefon danışığı baş tutub
Vladimer Putin və Nikol Paşinyan arasında telefon danışığı baş tutub

 

Rusiya Prezidenti Vladimer Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Kremlin məlumatına əsasən, dialoq Ermənistanın təşəbbüsü ilə keçirilib.

Kremldə izah edirlər ki, Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələrini Vladimer Putinlə bölüşüb.

Öz növbəsində, Rusiya Prezidenti Yerevanla Bakı arasında davamlı sülhün təmin olunmasına töhfə verən hərəkətlərin əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı, Vladimer Putin Nikol Paşinyana Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla söhbətinin nəticələri, eləcə də Alyaskada Donald Trampla görüşə hazırlıq barədə məlumat verib.

Telefon danışığı zamanı tərəflər həmçinin Rusiya-Ermənistan əməkdaşlığının bəzi məsələlərini müzakirə ediblər.