Vladimer Putin və Kasım-Jomart Tokayev strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar
Vladimer Putin və Kasım-Jomart Tokayev strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar

 

Rusiya Prezidenti Vladimer Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kremldə keçirilən danışıqlar nəticəsində strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar.

Bəyannaməyə əsasən, Moskva və Astana bütün səviyyələrdə siyasi təmasların yüksək dinamikasını qorumaq barədə razılığa gəliblər. Rusiya Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı öhdəliklərini yerinə yetirəcək.

Tərəflər Baykonur Kosmodromunda əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar. Tərəflər qeyd edirlər ki, “başqalarının zərərinə təhlükəsizliyin təmin edilməsi qəbuledilməzdir və çoxqütblü dünya nizamının formalaşmasını dəstəkləyirlər”. Bəyannaməyə əsasən, Rusiya və Qazaxıstan Avrasiyada bərabər və vahid təhlükəsizlik arxitekturasının təmin edilməsini dəstəkləyirlər və ticarət əlaqələrinin liberallaşdırılması da daxil olmaqla inteqrasiya prosesləri üzərində işləməyə hazırdırlar. Rusiya və Qazaxıstan enerji ehtiyatlarının maneəsiz nəqli və birgə layihələrin həyata keçirilməsi üçün şərait yaratmaq barədə razılığa gəliblər.