Vladimer Putin və İlham Əliyev Kremldə keçirilən görüşdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müsbət dinamikanın olduğunu qeyd ediblər

14:53, 08.10.2024

 
Azərbaycan və Rusiya prezidentləri Moskvada keçirilən görüşdə iki ölkə arasında münasibətlərdə mövcud müsbət dinamikadan danışıblar. Vladimer Putin İlham Əliyevi Kremldə qəbul edib.

Azərbaycanın Prezidenti Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Liderlər Şurasının iclasında iştirak edəcək. Bundan əvvəl isə Əliyevlə Putin arasında ikitərəfli danışıqlar baş tutub.

“Bakıya dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası əhəmiyyətli dərəcədə nəzərə çarpan oldu. Avqustda Bakıya səfəriniz zamanı əldə etdiyimiz qərarları yerinə yetirmək üçün müxtəlif strukturların nümayəndələri, hökumət üzvləri arasında çoxlu təmaslar olub” – Əliyev bildirib.

Öz növbəsində Vladimer Putin qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər müsbət şəkildə inkişaf edir.

Vladimer Putin İlham Əliyevi oktyabrın 23-24-də Kazanda keçirilməsi planlaşdırılan “BRİCS” sammitinə dəvət edib.

“Energetika və infrastrukturun inkişafı sahəsində çoxlu yaxşı maraqlı layihələr var. İstər ikitərəfli, istərsə də birtərəfli bütün layihələr perspektivli və canlıdır” – Putin bildirib.

Eyni zamanda, Rusiyanın Prezidenti Vladimer Putin və ya ölkənin baş naziri Mixail Mişustinin BMT-nin noyabrın 11-22-nə planlaşdırılan İqlim Konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyi məlum olub. Bu məlumatı Rusiya Prezidentinin köməkçisi yayıb.

Rus mediasının məlumatına əsasən, həmçinin Rusiyanın Prezidenti bu gün Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Oxşar