Vladimer Putin və Benyamin Netanyahu arasında telefon danışığı aparılıb
Vladimer Putin və Benyamin Netanyahu arasında telefon danışığı aparılıb

 

Rusiya Prezidenti Vladimer Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayır.

“Telefon danışığı zamanı Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektləri müzakirə olunub. Rusiya tərəfi regionda mövcud problemlərin və münaqişələrin sülh yolu ilə həllinə dəstəyini təsdiqləyib” – bəyanatda deyilir.

Bəyanatda qeyd edildiyi kimi, liderlər beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.