Vladimer Putin və Rəcəb Tayyib Ərdoğan son səkkiz ayda dördüncü görüş keçirəcəklər
Rusiya və Türkiyyə prezidentləri son səkkiz ayda dördüncü görüş keçirəcəklər. Vladimer Putin və Rəcəb Tayyib Ərdoğan bir biri ilə Soçi şəhərində görüşəcəklər.
Rus mediyasının məlumatına görə, danışıqların əsas mövzusu Suriya münaqişəsinin başa çatdırılması üçün vacib hərəkətlərin müəyyən edilməsi və terrorizmə qarşı birgə mübarizə olacaqdır.
Prezidentlər bölgə və beynəlxalq məsələlər üzrə də söhbət edəcəklər.
Yayılan məlumata görə, Soçi danışıqları zamanı müzakirə mövzularından biri, həmçinin ticarətin artlılması perspektivləri və energetika sahəsində əməkdaşlıq olacaq.