Vladimer Putin – Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın sənaye və infrastruktur obyektlərinə hücumlar zərərlidir, lakin onların hər hansı kritik nəticələri yoxdur və ola da bilməz

18:16, 19.08.2026

 

Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın sənaye və infrastruktur obyektlərinə hücumlar zərərlidir, lakin onların hər hansı kritik nəticələri yoxdur və ola da bilməz – bu haqda Rusiya Prezidenti Vladimer Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bəyan edib.

Onun sözlərinə əsasən, statistik məlumatlar iqtisadi göstəricilərin ümumilikdə məhdud olmasına baxmayaraq, müsbət qaldığını göstərir.

“Aydındır ki, iqtisadi fəallığın tempinə bir sıra amillər, o cümlədən xarici təzyiq, eləcə də sənaye və infrastruktur obyektlərinə terror hücumları təsir edir. Təbii ki, bu tür hücumların kritik nəticələri olmayıb və ola da bilməzdi. Buna baxmayaraq, onlar həqiqətən bizə zərər vurur, bu aydındır və biz bunu tamamilə etiraf edir və anlayırıq” – Putin bildirib.

Rus mediasının məlumatında, 2026-cı ildə Rusiyada ÜDM artımının təxminən 1% təşkil etdiyi deyilir.

Oxşar