Vladimer Putin – Ukrayna ilə yalnız bir ayırıcı xətt var və bu, Rusiyanın dövlət sərhədidir
Rusiya üçün Ukrayna ilə yalnız bir ayırıcı xətt var və bu, dövlət sərhədidir – bu barədə Rusiya Prezidenti Vladimer Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner ilə görüşü başlamazdan əvvəl açıqlayıb.
Medianın məlumatında, Putinin Moskvanın Ukrayna tərəfinin dırnaqarası “boz zonalar” məsələsini qaldırmasından xəbərdar olduğunu qeyd etdiyi deyilir. Ərazi məsələsi Rusiya, Ukrayna və Birləşmiş Ştatların dünən Əbu-Dabidə başa çatan üçtərəfli danışıqlarında da müzakirə olunurdu.
Cared Kuşner ərazi məsələsini danışıqların “ən çətin” hissəsi adlandırıb. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə bəyan edib ki, Moskva bu məsələdə güzəştə getmək niyyətində deyil və “bir qarış torpaq belə” güzəştə getməyəcək.
Bundan əvvəl “Guardian” mənbələrə istinadən yazırdı ki, Birləşmiş Ştatlar Donbasın inzibati sərhədlərinin mövcud cəbhə xəttinə uyğun dəyişdirilməsi təklifini nəzərdən keçirirdi. Yayılan məlumata əsasən, bu, Rusiyaya Donbasın bütün ərazisi üzərində nəzarəti formal olaraq təsbit etməyə imkan verəcək, Ukrayna isə hazırda nəzarətində saxladığı rayonlardan qoşunlarını çıxarmaq məcburiyyətində qalmayacaqdı. Mənbələr, Ukraynanın bu təkliflə razılaşmadığını bəyan ediblər.